Türk gəmisi Ukraynanın vurduğu Rusiya gəmisində olan 54 nəfəri xilas edib.
Missiya.Az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Belə ki, Litva hökuməti dünən Qara dənizdə Ukrayna ordusu tərəfindən vurulduğu iddia edilən Rusiyanın "Moskva" kreyserindən 54 nəfərin təxliyyə olunduğunu açıqlayıb. Diqqətçəkən məqam isə həmin insanların türk gəmisi tərəfindən xilas edilməsidir.
Litvanın müdafiə naziri Arvydas Anusauskas sosial media hesabında paylaşım edərək, dünən Ukraynanın vurduğu gəmidən qəza çağırışı gəldiyi barədə məlumat paylaşıb.
Gəminin Litva vaxtı ilə 01:14-də batmağa başladığını qeyd edən Anusauskas, "Saat 02:00-da bir türk gəmisi kreyserdən 54 nəfəri təxliyyə etdi və saat 03:00 radələrində Türkiyə və Rumıniya gəminin tamamilə batdığını açıqladı" – deyə iddia edib.Təyyarədə 66-sı hərbçi olmaqla 485 nəfərin olduğunu bildirən Anusauskas itkilərin sayının hələlik məlum olmadığını bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi isə bu gün verdiyi açıqlamada gəminin hələ batmadığını, gəmidəki yanğının nəzarət altına alındığını qeyd edib.
Açıqlamada kreyserin ekipajının bölgədəki Rusiya Qara dəniz donanmasının digər gəmilərinə təxliyyə edildiyi bildirilib və gəminin limana yedəklənməsi üçün işlərin davam etdiyi qeyd edilib.