AZ   |   RU
İlon Mask Twitter-i alır

Tesla və Space-X kimi nəhəng şirkətlərin qurucusu İlon Mask Twitter-in bütün səhmlərini almaq qərarına gəlib.

Missiya.Az
xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası  məlumat yayıb.

İlon Mask 13 aprel tarixində ABŞ Birjasına göndərdiyi məktubda bildirib ki, Twitter-dəki payının yüzdə 9,1, səhmlərinin sayını isə 73 milyon 115 minə çatdırıb.

"Bu mənim ən yaxşı və son təklifimdir" - deyən Mask məktubunda Twitter-ə hər bir səhm üçün 54,20 dollar təklif edib.  Qeyd edək ki, Maskın bu açıqlamasından sonra birjada Twitter-in səhmlərinin dəyəri 13,6 faiz artıb.

  • 14-04-2022, 19:57