Ermənistanda Qarabağ ermənilərinə qarşı aqressiya daha da şiddətlənir. Ötən gün axşam saatlarında Qarabağın qondarma qəhrəmanı Leonid Azqaldiyanın abidəsi təhqir olunub. Missiya.Az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Zədələnmiş büstün fotolarını Ermənistanın bir çox məşhur şəxsi sosial şəbəkədə paylaşıb.
Bundan əvvəl naməlum şəxslər İrəvanın mərkəzindəki binalardan birinin üzərində Azqaldiyanın təsviri olan qraffiti korlamışdı.
Polis həmin şəxslərin axtarışına başlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl İrəvanda separatçıların bayrağı rənglənmişdi.
Samir Hüseynov
Missiya.Az