“Ermənistan parlamentinin deputatlarının Dağlıq Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb”.
Missiya.Az “aysor.am” saytına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müxalif deputatların Qarabağa buraxılmaması ilə bağlı danışarkən deyib.
O bildirib ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyannaməsinin müddəalarına uyğun fəaliyyət göstərir.
“Biz hesab edirik ki, Rusiya sülhməramlılarının 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd addımlar atdığı ilə bağlı iddialar reallığa uyğun gəlmir. Rusiya Xarici İşlər Nazirliyi həm sülhməramlıların məsuliyyəti zonasında, həm də Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində baş vermiş insidentləri nəzərə alaraq hər iki tərəfin regionda vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinəcəyini gözləyir”.
Elvin MəmmədovMissiya.Az