AZ   |   RU
Yardımlı rayon İcra Hakimiyyətindən Polis İdarəsinin ərazisinin satılması ilə bağlı xəbərə REAKSİYA

Yardımlı rayon İcra Hakimiyyəti Rayon Polis Şöbəsinin İnzibati ərazisindəki torpaq sahəsinin satılması ilə bağlı məlumata aydınlıq gətirib. 

Açıqlamada deyilir: “Yardımlı rayonu Qabaqdibi kənd sakini, şəhid atası Alışanov Seyfəddin Seyfulla oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması ilə bağlı Yardımlı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Araşdırma zamanı aydın olmuşdur ki, Seyfəddin Alışanovun istədiyi torpaq sahəsi Rayon Polis Şöbəsinin inzibati ərazisinə daxildir. Ona görə Seyfəddin Alışanova digər yerdən torpaq sahəsi təklif edilmişdir. Seyfəddin Alışanova rayon polis şöbəsinin ərazisində cüzi torpaq işləri aparmış. Ona müvafiq izahat verdikdən sonra həmin ərazidə torpaq işlərini dayandırmışdır. Vətəndaşa Köryədi bələdiyyəsinə aid digər yerdən torpaq sahəsi ayrılmış, hüdudları göstərilmişdir”.

  • 4-03-2022, 18:24