AZ   |   RU
Hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirib, vəzifəli şəxslər həbs edilib
Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirib, bir neçə vəzifəli şəxs həbs edilib.

Missiya.Az
xəbər verir ki, nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.

  • 13-02-2022, 19:25