AZ   |   RU
Ukrayna Rusiyanın cavabını "Bayraktar" PUA-ları ilə verəcək - RƏSMƏN ELAN OLUNDU

Rusiya və Belarusun fevralın 9-dan Ukrayna ilə sərhəddə 30 min qoşunla hərbi təlimlər keçirməsi rəsmi Kiyevi hərəkətə gətirib.
Ukrayna da Moskva və Minskin hərbi aktivliyinə cavab olaraq, fevralın 9-dan sərhəddə təlimlərə start verəcək. 

Rusiyanın təhdidləri fonunda yerli əhaliyə də təlim keçən Kiyevin hərbi aktivliyində diqqət çəkən məqamlardan biri ordunun təlimlərində Türkiyədən aldığı “Bayraktar TB2” pilotsuz uçuş aparatının istifadə olunmasıdır. Ukrayna ordusunun adından açıqlama yayan Müdafiə naziri Oleksey Reznikov bildirib ki, təlimlərdə Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə yanaşı ABŞ-dan alınan “Javelin” və İngiltərənin Kiyevə verdiyi NLAW tank əleyhinə raketlərdən istifadə olunacaq. 


Missiya.Az
xəbər verir ki, Rusiya təlimlər üçün Belarusa “İsgəndər” raketlərini və S-400 havadan müdafiə sistemlərini göndərib. 

Qeyd edək ki, Ukrayna Türkiyə istehsalı PUA-lardan 2021-ci ilin sentyabr aydında istifadə edib. Həmin vaxt Donbasdakı Rusiya tərəfdarı silahlılara PUA-lar vasitəsi ilə ağır zərbə endirilmişdi. Ukraynanın Türkiyə PUA-ları ilə separatçılara vurduğu zərbə Rusiyada böyük təlaş yaratmışdı. Bu əməliyyatdan sonra separatçıların Rusiyadan “Bayraktar” PUA-larına qarşı istifadə etmək üçün modern silahlar istəməsinə dair xəbərlər də yayılmışdı. 

Elvin 
Missiya.Az


  • 8-02-2022, 17:10