AZ   |   RU
Paşinyanın "Qarabağ Azərbaycandır" deməsi erməniləri qəzəbləndirdi: Qarabağı tərk etməyə başladılar

Ermənistanın baş naziri Nikol Paşinyanın online mətbuat konfransında Qarabağla bağlı verdiyi açıqlamalar, bölgəni Azərbaycan ərazisi kimi tanıdığına dair səsləndirdiyi fikirlər həm erməni cəmiyyətində, həm də separatçılar arasında böyük gərginlik yaradıb. 
 
Missiya.Az xəbər verir ki, Paşinyanın açıqlamasından sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində yaşayan ermənilər bölgəni tərk etməyə hazırlaşırlar. Qarabağda yaşayan ermənilər düşünürlər ki, Paşinyanın bu açıqlamaları Ermənistanın bölgədən geri çəkildiyini, separatçılara yardımı dayandıracağı anlamına gəlir. 
 
“Hraparak” nəşri yazır ki, Paşinyanın çıxışından sonra “Qarabağı heç vaxt tərk etməyəcəm” deyənlər də bölgədən getməyi düşünürlər. Digər bir qrup əhali isə kişilər qalmaq şərti ilə ailələrini Qarabağdan çıxarmağı planlaşdırırlar. 

 
Erməni sakinlər deyir ki, Qarabağın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşayırlar. 
 
Sitat: “Qarabağda qalan ermənilərin aqibətinin necə olacağı məlum deyil. Heç olmasa uşaqlarımızı çıxaracağıq ki, xilas olsunlar”, - sitatın sonu.  
 
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son bəyanatları həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində geniş müzakirə edilir. 
 
Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub. 2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Paşinyanın fikrincə, Ermənistan üçün “fəlakət” idi, çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusu ilə hesablaşmaq mümkün deyil.

Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.

Elvin
Missiya.Az


  • 30-12-2021, 15:35