AZ   |   RU
"Konsertin vaxtını dəyişdik, oktyabrın 7-də olacaq" - Aybəniz Haşımova



Dəyərli sənətkarımız Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Sənət Akademiyası"nın yetirmələrinin sentyabrın 18-nə "Yaşıl Teatr"da keçirilməsi nəzərdə tutulan konserti hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Missiya.Az xəbər verir ki, bu barədə Aybəniz Haşımovanın özü Xəzər TV-də qonaq olduğu verilişdə açıqlama verib.


A.Haşımova bildirib ki, konsert oktyabrın 7-də Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək.

Konsertdə Üzeyir Hacıbəyovun və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərləri təqdim olunacaq.


Elcan

Missiya.Az



  • 16-09-2025, 21:16