AZ   |   RU
Böyük Britaniya hökuməti: İsraili soyqırım edən ölkə kimi tanımırıq


Britaniya parlamentinin Beynəlxalq İnkişaf Komitəsinin suallarını cavablandıran keçmiş xarici işlər naziri David Lammi hökumətin İsrailin soyqırım niyyəti ilə hərəkət etdiyinə dair bir nəticəyə gəlmədiyini bildirib.


Missiya.Az “Trthaber”ə istinadən xəbər verir ki, Lammi jurnalistlərə veridiyi açıqlamada F-35 hissələrinin İsrailə birbaşa satışını dayandırdıqlarını vurğulayıb, lakin "soyqırım" başlığı altında verilən suallara bir qədər fərqli yanaşıb.


“Hökumətimiz İsrailin belə bir niyyətlə hərəkət etdiyi qənaətinə gəlməyib”.- Lammi qeyd edib.



İlahə Qənbərli

Missiya.Az





  • 9-09-2025, 11:38