AZ   |   RU
Qəzzada ölənlərin sayı 64 min 300-ə çatıb


Qəzzada  Səhiyyə Nazirliyi yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.


Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, son 24 saat ərzində Qəzza zolağında 69 ölü və 422 yaralı qeydə alınıb.


Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 11 min 768 fələstinlinin həyatını itirdiyi, 49 min 964 nəfərin isə yaralandığı bildirilib.



İlahə Qənbərli

Missiya.Az




  • 5-09-2025, 17:28