AZ   |   RU
Türkiyədə avtobus qəzası: 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.


Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.


Hadisə Kayseri-Niğde avtomobil yolunda avtobusun ağaclara çırpılması nəticəsində baş verib və əraziyə çox sayda polis, jandarm, xilasedici və təcili yardım maşınları cəlb olunub.


Qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.


Bildirilib ki, Hataydan Giresuna gedən avtobusda 44 nəfər olub.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 09:22