AZ   |   RU
İtaliya Məşqçilər Assosiasiyası İsraili beynəlxalq futboldan kənarlaşdırmağa çağırıb


İtaliyalı futbol məşqçiləri assosiasiyası İtaliya Futbol Federasiyasına məktub yazaraq, İsraili Qəzzada etdiyi hərəkətlərə görə beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıb.


Missiya.Az "aljazeera"ya istinadən xəbər verir ki, İtaliya Futbol Məşqçiləri Assosiasiyasının internet saytında dərc edilmiş məktubda dünya futbolu İsrail komandalarını turnirlərə qadağa qoyaraq fələstinlilərlə həmrəylik nümayiş etdirməyə çağırıb.


Assosiasiyanın sədri Renzo Ulivieri deyib: “İdman dəyərlərini əsaslandıran bəşəriyyətin dəyərləri bizdən dəhşətli nəticələri olan zülm aktlarına qarşı durmağı tələb edir”.



İlahə Qənbərli
Missiya.Az




  • Dünən, 16:27