AZ   |   RU
Tramp məzuniyyətə ÇIXIR?

ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün məzuniyyətini ləğv edib.


Missiya.Az "The Hill"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

 

O, Trampın Nyu-Cersi qolf kurortunda olarkən sülh danışıqlarını davam etdirməyi düşündüyünü, buna görə Ağ Evdə qalmağa qərar verdiyini söyləyib.


"Prezidentlər adətən avqust ayında məzuniyyətə çıxırlar. Lakin o bunun əleyhinə qərar verib. Tramp diqqətini Ukrayna-Rusiya müharibəsinə son qoymağa yönəldib. O, missiyası olan adamdır, başladığı işi tez bitirmək istəyir", -deyə mətbuat katibi bildirib.



Nurlana Əhmədova
Missiya.Az




  • Bu gün, 10:11