AZ   |   RU
Rusiyada yük qatarı sərnişin avtobusu ilə toqquşub - Ölən və yaralananlar var

Sankt-Peterburqun Leninqrad vilayətində avtobusun yük qatarı ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.


Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, yaralanan 7 nəfərin vəziyyəti ağırdır.


Hadisə səhər saat 6 radələrində “Lodeynoye Pole” və “Olonets” stansiyaları arasındakı dəmir yolu keçidində baş verib. 


Maşinist təcili əl əyləcindən istifadə etsə də, məsafə kifayət etmədiyi üçün toqquşmanın qarşısını almaq mümkün olmayıb. 


Faktla bağlı araşdırma aparılır.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 10:28