AZ   |   RU
Bakıda yarımtikilidə narkotik aludəçiləri saxlanılıb

Bakının Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Missiya.Az-a bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Onun sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.




  • Bu gün, 09:48