AZ   |   RU
Yeni araşdırma: Kədər insanı həqiqətən öldürə bilər

Yeni bir araşdırma təəccüblü bir həqiqəti ortaya qoyub: Sevdiyi birini itirən və yüksək səviyyədə kədər yaşayanların ölüm riski daha yüksəkdir.


Danimarkada aparılan bir araşdırma göstərib ki, yaxınlarını itirdikdən sonra uzun müddət kədərlənənlərin ölüm riskinin təxminən iki dəfə yüksəkdir. Mütəxəssislər ürək-damar xəstəlikləri və psixi sağlamlıq problemlərinin bu prosesdə əsas amillər olduğunu izah ediblər. Alimlər müəyyən ediblər ki, şiddətli kədər simptomları yaşayanların daha az şiddətli simptomları olanlara nisbətən ölüm riski 88 faiz daha yüksəkdir. 


Tədqiqat həmçinin, sevilən birinin itkisinin öhdəsindən gəlmək üçün mübarizə aparanların səhiyyə xidmətlərindən daha çox istifadə etdiyini və psixi sağlamlıq problemlərinə daha həssas olduğunu müşahidə edib.


 Qeyd olunub ki, risk altında olan şəxslər həkimləri tərəfindən erkən müəyyən edilə, psixoloji dəstək və izləmə xidmətlərinə müraciət edə bilərlər. Yüksək kədər simptomları ürək xəstəliyi, intihar və psixi sağlamlıq problemləri ilə əlaqələndirilir.


Tədqiqat 2012-ci ildən bəri yaxınlarını itirmiş, orta yaşı 62 olan 1735 insanı izləyib. İştirakçılara onların kədər əlamətlərinin səviyyəsini qiymətləndirmək üçün müntəzəm sorğular göndərilib. Qrupun 66 %-i həyat yoldaşını, 27%-i valideynini, 7%-i isə başqa bir yaxınını itirib. Yüksək kədər simptomları yaşayanlar isə itkidən 3 il sonra səhiyyə xidmətinə müraciət etdiyi aşkar edilib.



Nurlana Əhmədova
Missiya.Az




  • Dünən, 15:57