AZ   |   RU
ABŞ Senatı Ukraynaya 54,6 milyard dollarlıq yardımın ayrılmasını təklif edib

ABŞ Senatı Ukraynaya 54,6 milyard dollar məbləğində əlavə yardımın göstərilməsinə dair qanun layihəsi təqdim edib.


Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.


Bildirilib ki, bu məbləğin növbəti iki il (2026-2027) ərzində ayrılması nəzərdə tutulub. 


Qeyd olunub ki, senatorlar bu məbləğin bir hissəsinin Rusiyanın müsadirə edilmiş aktivlərindən ayrılmasını da təklif ediblər.




Daşqın Həsənov

Missiya.Az




  • Dünən, 07:53