AZ   |   RU
Azərbaycan Ukraynaya hərbi dəstək verəcək? - Rusiyalı politoloq

“Azərbaycan sərhədi keçməyəcək və Ukraynaya hərbi dəstək verməyəcək”.


Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Kamran Həsənov deyib.


"Hesab edirəm ki, Azərbaycan hazırda ikitərəfli münasibətlərdə böhran olmasına baxmayaraq, bu qırmızı xətti pozmayacaq", - deyə siyasətçi bildirib.


O qeyd edib ki, Azərbaycan Ukraynaya humanitar yardımlar etməsinə baxmayaraq, çətin ki, hərbi təchizatın göndərilməsinə qərar versin.


Onun sözlərinə görə, Moskva ilə Bakı arasındakı gərginliyi Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan dövlət başçısı İlham Əliyevin şəxsi görüşü ilə həll etmək olar.



Daşqın Həsənov

Missiya.Az




  • Dünən, 07:43