AZ   |   RU
Nazirlikdən corab satan məşhur aktyorla bağlı AÇIQLAMA

 "Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".


Missiya.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.


Məlumatda qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:


"Bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir".


Xatırladaq ki, Aktyor Allahverdi Yolçuyev müxtəlif illərdə teatr və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979-1981-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1985-1987-ci illərdə isə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Sonrakı illərdə, 1987-2016-cı illərdə televiziya və radio sahəsində fəaliyyət göstərərək, "Laylay", "Göydən üç alma düşdü" və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.




  • Dünən, 15:44