AZ   |   RU
Bakıda Eldar Babayev küçəsi təmir olunur - VİDEO

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Eldar Babayev küçəsini təmir edir.

Missiya.Az agentliyə istinadən xəbər verir ki, uzunluğu 1,35 km olan sözügedən küçənin ortalama eni 8 metrdir.

Aparılan təmir işləri çərçivəsində hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, mövcud piyada səkilərinin bərpası, 1600 p/m bordür daşlarının düzülməsi işləri icra olunur.

Bu işlərlə paralel olaraq, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də yerinə yetiriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.




  • 24-07-2025, 17:14