AZ   |   RU
Lavrov İrəvanda fotoqrafa nə dedi?

Ermənistanda KTMT-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, eləcə də Təhlükəsizlik Şurası katiblərinin birgə iclası keçirilib.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, görüş başlamazdan əvvəl rəsmi foto çəkdirmə mərasimi olub.

Fotoqrafın Rusiya xarici işlər nazirinə bir az sağa çəkilməsini xahiş etməsinə cavab olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu sözləri deyib: "Başqa nə etməliyəm? Sənin işin şəkil çəkməkdir, əmr vermək deyil”.
 

Daşqın Həsənov
Missiya.Az


  • 23-11-2022, 12:58