AZ   |   RU
Cənubi Afrika Respublikasının Prezidenti konstitusiyanı pozmaqda ittiham olunur
 
Cənubi Afrika Respublikasında hakim Afrika Milli Konqresinin (ANC) Milli İcraiyyə Komitəsi konstitusiyanı pozmaqda ittiham olunan prezident Siril Ramafosanın vəziyyətini müzakirə etmək üçün toplanacaq.

Missiya.Az
“Anadolu”agentliyinə istinadən xəbər verir ki, bu barədə SABC dövlət televiziyası məlumat yayıb.

Prezident Ramafosa vəzifədə olarkən şəxsi təsərrüfat idarə etdiyi, 2020-ci ildə bu fermanın qarət edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermədiyi oğurlanan pulların mənbəyinin bəlli olmadığı və prezident təyin etdiyi əsaslarla konstitusiyanı pozmaqda ittiham olunur. 
Cənubi Afrikanın ən zəngin simalarından biri hesab edilən Ramafosa ona qarşı irəli sürülən ittihamları rədd edir.

Bununla belə, Ramafosa bu gün mətbuata verdiyi açıqlamada konstitusiyanı pozmaq ittihamları ilə bağlı yekun qərarın ANC-nin Milli İcraiyyə Komitəsi tərəfindən veriləcəyini və o, bu iclasda iştirak edəcəyini açıqlayıb.

Təsərrüfatdan oğurlanan pulun məbləği və mənbəyi heç vaxt rəsmi olaraq açıqlanmayıb. Bu, oğurlanan pulların qeydiyyatsız olması ilə bağlı iddialara səbəb olub.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 5-12-2022, 12:57