AZ   |   RU
Azərbaycanda gələn il icmal büdcə 42 milyard manata yaxın olacaq


2023-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 578,1 milyon manat, xərclərinin isə 41 956,8 milyon manat olacağı gözlənilir.

Missiya.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,7 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoz 1 790,3 milyon manatdır.



  • 21-09-2023, 13:38