AZ   |   RU
“Ziddiyyətlərdən geosiyasi məqsədləri üçün yararlanmaq istəyənlər kənara çəkilməlidirlər”- Deputat


“Almaniya kanslerinin də Kişineuda danışıqlara qatılması Avropa Birliyininin bütün üzvlərinin eyni mövqedə durduqlarının qabardılması üçündür”.


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.


S.Alıyev bildirib ki, Almaniyanın ikinci Qarabağ savaşından sonra regionadakı proseslərə yanaşmada necə bir siyasət yeritdiyini nəzərə almaqla bunu başa düşmək olar: “Yəni burada “neyrtallaşdırıcı rol”dan danışmaq aşırı nikbinlikdir. Kişineuda irəliləyiş əldə edilərsə belə, açığı, mən inanmıram ki, Makron Praqa görüşündən sonra olduğu kimi səsləndirdiyi fikirlərlə onu sıfırlamağa çalışmasın. 


Ona görə də, əgər Avropa Birliyi və digərlərinin məqsədi doğrudan da bu regionda dayanqlı sülhdürsə, onda cənab İlham Əliyevin təklif etdiyi və Vaşinqtonun da dəstəklədiyi kimi Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların təşkilinə çalışılmalı, mövcud ziddiyyətlərdən Fransa kimi öz geosiyasi məqsədləri üçün yararlanmaq istəyənlər isə kənara çəkilməlidirlər”.


Missiya.Az



  • 1-06-2023, 14:52