AZ   |   RU
Ailə dəyərləri mövzusunda maarifləndirmə layihəsinə yekun vurulub - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin icra etdiyi “Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsinə yekun vuruldu.

Missiya.Az xəbər verir ki, layihənin məqsədi cənub regionunda evlənməyə hazırlaşan və ya evli şəxslər üçün maarifləndirici təlim-seminarlar təşkil etməklə, peşəkar ekspertlər vasitəsi ilə onların məişət zorakılığı və ailə dəyərləri haqqında məlumatlandırmaq olub.

Layihənin birinci mərhələsində Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsüvar rayonlarında maarifləndirici təlim-seminarlar təşkil edilmişdir. Bu tədbirlərdə 95-i qadın, 37-si kişi olmaqla ümumilikdə 132 nəfər iştirak edib. Təlim-seminarlarda iştirakçılara ailə dəyərləri, Azərbaycanda müvafiq qanunvericilik və s. məlumatlar diqqətə çatıdırılıb.

Layihənin ikinci mərhələsində isə təşkilatın ofisində təlimdə iştirak etmiş və mövzu ilə bağlı sualları olan şəxslərə məsləhət xidməti təşkil olunub.

Təlimləri layihənin eksperti Afiq Məlikov aparıb. O, Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, ailədaxili zorakılıq, onun formaları və ona qarşı mübarizə tədbirləri, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika və s. bu kimi mövzular iştirakçıların diqqətinə çatdırıb.

Təlimlərin sonunda iştirak edənlərə sertifikatlar təqdim edilib.








  • 1-06-2023, 12:30