AZ   |   RU
Abşeronda Heydər Əliyevin 100 illik yubileyinə dair konsert keçirilib - FOTOLAR


Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Missiya.Az
 xəbər verir ki, rayonun Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda olan bu  konsertdə şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.


Ölkəmizin tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış etdiyi və şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı konsert proqramı atəşfəşanlıqla sona çatıb.


Zərintac Mayisqızı
Missiya.Az



 



  • 12-05-2023, 15:14