AZ   |   RU
"Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutur" - MN


Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.



  • 11-05-2023, 17:45