AZ   |   RU
Abşeronda abadlıq-təmizlik işləri davam edir - FOTOLAR


Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramının ilk çərşənbəsindən başlanan iməclik tədbirləri bayramın son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdirilir.

Missiya.Az
xəbər verir ki, abadlıq-təmizlik və ağacəkmə işlərində rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak edib. 

Bu tədbirlər çərçivədində Görədil kəndində Ağəli Məşədioğlu küçəsinə və Yeni Yaşayış Massivindəki küçələrə asfalt örtüyü çəkilmiş, küçə işıqlandırılması istiqamətində kabellər çəkilərək işıq dirəkləri bərkidilib.

Novxanı kəndində şəhid Xudayar Yusifzadə və Əzim Əzimzadə küçələri alfaltlanıb, kəndin qədim ərazilərində isə genişmiqyaslı abadlıq işləri həyata keçirilib.

Güzdək qəsəbəsində küçə işıqlandırılması işlərinə başlanılıb, Pirəkəşkül qəsəbəsinin əsas prospekti tamamilə yenidən qurularaq asfaltlanıb, işıq dirəkləri və təhlükəsizlik kameraları quraşdırılıb.

Qobu qəsəbəsinin yeni yaşayış massində kanalizasiya xətləri çəkilmiş, yağış sularının axıdılması üçün infrastruktur yaradılıb.

Qəsəbənin daxili küçələrində, o cümlədən Qobu-Güzdək yolunda  gecə işıqlandırması təmin etmək məqsədi ilə kabel xətləri çəkilmiş və işıq dirəkləri bərkidilib. Rayonun Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində 2 kilometr uzunluğunda su xəttinin yenilənməsi işlərinə başlanılıb, Həsən bəy Zərdabi küçəsində isə böyük ağacəkmə və abadlıq işləri həyata keçirilib. Eləcə də Saray-Novxanı yolunda köhnə kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinə başlanılıb.

Abadlıq-təmizlik və ağacəkmə işləri çərçivəsində magistral yolların, küçə və prospektlərin, məhəllədaxili yolların və dalanların, yaşayış binalarının ətrafı tikinti və məişət tullantılarından təmizlənmiş, texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb. Bundan əlavə yaşıllıq sahələrində mövsümi işlər görülmüş, park və bağlarda ağaclara aqroqulluq göstərilib.



  • 4-03-2023, 15:15