AZ   |   RU
"Sinovac" peyvəndi təcili istifadə üçün təsdiqləndi


Çinin “Sinovac Biotech” əczaçılıq şirkətinin istehsal etdiyi “Sinovac COVID-19” peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün tövsiyə olunub.

Missiya.Az xəbər verir ki, təşkilatın qərargahından verilən açıqlamaya görə, sözügedən peyvəndin təhlükəsizlik, səmərəli təsir, istehsalat baxımından beynəlxalq standartlara uyğun gəldiyi barədə zəmanət verilir.

  • 1-06-2021, 21:18