AZ   |   RU
SOCAR Türkiyə zəlzələ bölgəsində xilasetmə maşınlarına benzin və dizel dəstəyi verir


SOCAR Türkiyə zəlzələ bölgəsində bütün təcili yardım, yanğınsöndürmə maşınları, AFAD və digər təşkilatların xilasetmə maşınlarına benzin və dizellə təmin edir.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR Türkiyənin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

  • 7-02-2023, 23:17