AZ   |   RU
"Regional kommunikasiyaların mümkün qədər tez açılmasını istəyirik" - Ermənistanlı nazir


“Ermənistan kommunikasiyaların açılmasına hazırdır. Biz bunun mümkün qədər tez olmasını istəyirik”.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqdir: “Ermənistan və Azərbaycan liderlərinin bu il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə bir sıra razılıq əldə olunub. Razılığa əsasən, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 və 86,6 min kvadratkilometr olmaqla bir-birinin ərazi bütövlüyünü tanıyır. Eyni zamanda tərəflərin suverenliyi qorunmaqla regional kommunikasiyaların açılması nəzərdə tutulur”.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-09-2023, 10:05