AZ   |   RU
İsveçrədə niqab taxmaq qadağan edildi


İsveçrə parlamenti müsəlman qadınlar üçün nəzərdə tutulmuş üz örtüyü olan burkanı qadağan edən qanun qəbul edib.

Missiya.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qəbul olunmuş qanuna əsasən, qadağanın pozulmasına görə 1000 franka qədər (təqribən 1900 manat) cərimə nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ilin fevralında İsveçrədə ümumxalq səsverməsində əhalinin 51%-i üz örtüyünün qadağan edilməsinə səs verib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 22-09-2023, 13:27