AZ   |   RU
Fərid Qayıbov Hasan Aratı qəbul edib


İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.


Missiya.Az xəbər verir ki, qonaqları salamlayan nazir Fərid Qayıbov onu növbəti dəfə ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. 


Görüş zamanı Azərbaycanda Olimpiya Hərəkatının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilib və bu ay Polşada baş tutacaq lll Avropa Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.  


Görüşdə nazir müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.





  • 8-06-2023, 20:44