AZ   |   RU
ABŞ generalı ölkəsi ilə Çin arasında toqquşmanı istisna etmir


ABŞ və Çin arasında hərbi toqquşma qaçılmaz deyil, lakin onun baş vermə ehtimalı istisna edilmir.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bildirib. 


O xatırladıb ki, hələ bu yaxınlarda Tayvan boğazında iki ölkənin hərbi gəmilərinin iştirakı ilə insident baş verib. Milley, Çinin hərəkətlərinin daha “aqressiv”ləşdiyini və digər bölgələrdə hərbi mövcudluğunu genişləndirdiyini vurğulayıb.

Rusiya barədə də danışan Milli qeyd edib ki, Rusiya Federasiyası hazırda dünya , xüsusən də Avropa üçün çox ciddi təhlükə yaradır.



  • 8-06-2023, 20:04