AZ   |   RU
Fərid Qayıbov Szalay-Bobrovnicski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTOLAR


Gənclər və idman naziri Fərid Qayıbov Macarıstan Respublikasının müdafiə naziri Szalay-Bobrovnicski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Missiya.Az xəbər verir ki, bu barədə Gənclər və İdman nazirliyi məlumat yayıb. Qonaqları salamlayan nazir Fərid Qayıbov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkəmizin gənclər siyasəti və idman uğurları barədə danışıb.

Nazir Szalay-Bobrovnicski səmimi qəbula görə təşəkkür edib və dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Qeyd edək ki, görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Zərintac Mayisqızı
Missiya.Az




  • 8-06-2023, 09:45