AZ   |   RU
Erməni hərbçi “Laçın”dan geri qaytarıldı

 

Ermənistandan Xankəndiyə gəlmək istəyən şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. 

 

Məlumata görə, mülki geyimli şəxs məhz hərbçi olduğu üçün keçidinə icazə verilməyib. 


“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”,-deyə nəşr qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 7-06-2023, 11:58