AZ   |   RU
ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur
Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Missiya.Az
xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

  • 20-06-2021, 11:38