AZ   |   RU
Avropa İttifaqından İrana nüvə xəbərdarlığı

 
Avropa İttifaqı (Aİ) İranı nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə dərhal qayıtmağa çağırır.



Missiya.Az
xəbər verir ki, bunu Aİ-nin Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında səfiri və daimi nümayəndəsi Stefan Klement bildirib.


Onun sözlərinə görə, İranın nüvə proqramında irəliləyişi regionda nüvə silahlarının yayılması riskini artırır: 


“Avropa İttifaqı hələ də Hərtərəfli Birgə Fəaliyyət Planına sadiqdir. Təəssüf edirik ki, İran razılaşmaya qayıtmaq üçün lazımi tədbirlər görməyib. Əksinə, nüvə proqramını kəskin şəkildə artırmağa davam edir”.


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 6-06-2023, 16:10