AZ   |   RU
İranda son bir ayda 142 nəfər edam edilib

 

"İranda son bir ayda ən azı 142 nəfər edam edilib".


Missiya.Az Güney Azərbaycan teleqram kanallarına istinadən xəbər verir ki, bunu İran İnsan Haqları Təşkilatı açıqlayıb. 


Bildirilir ki, bu, 2015-ci ildən bəri ən yüksək aylıq edam statistikasıdır.



Təşkilatın verdiyi məlumata əsasən, 2023-cü ilin ilk 5 ayında edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-06-2023, 12:14