AZ   |   RU
KXDR Antonio Quterreşi tənqid edib

 

Koreya Xalq Demokratik Respublikası (KXDR) bu həftə Şimali Koreyanın ilk kəşfiyyat peykini daşıyan raketin buraxılışını pisləyən BMT-nin Baş katibi Antonio Quterreşi sərt tənqid edib. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin rəhbəri Ço Çxol Sun bəyanat yayıb.


“Mən BMT Baş katibinin hərbi kəşfiyyat peykinin buraxılmasını pisləyən “bəyanatına” qəti etirazımı bildirirəm və bunu BMT üzvü olan dövlətin təbii suveren hüquqlarını pozan kobud ədalətsiz, qeyri-mütənasib daxili işlərə müdaxilə kimi qiymətləndirirəm”, -deyə Ço Çxol Sun bildirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-06-2023, 11:40