AZ   |   RU
Kasım-Jomart Tokayev Qırğızıstana gedib

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstana işgüzar səfərə gedib. 


Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb. 


Mılumata görə, Qazaxıstan lideri Çolpon-Ata şəhərində keçiriləcək Mərkəzi Asiya-Avropa İttifaqının ikinci sammitində iştirak edəcək. 


Qeyd edək ki, sammitdə Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri ilə yanaşı, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurmuhammet Amannepesov və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 2-06-2023, 11:18