AZ   |   RU
Hamilələrin əməyinin qadağan olunduğu işlər təsdiqlənib


Hamilələrin əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı təsdiq edilib.


Missiya.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Bildirilib ki, hamilə və ya bir yaşınadək uşağı olan qadınların əməyinə qadağa qoyulan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin və vəzifələrin, habelə yeraltı işlərin adlarının siyahısı müəyyənləşdirilir. 


Belə ki, sözügedən qərar ölkə üzrə qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı fərqliliyin aradan qaldırılması məqsədilə qəbul edilib.

Qərara görə mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq, ümumilikdə 204 peşə və iş yeri müəyyənləşdirilir. 

Eyni zamanda qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Qərarın qəbulu ilə əmək münasibətlərində qadınların məşğulluq imkanlarının artırılması təmin olunacaq. 



  • 1-06-2023, 18:54