AZ   |   RU
Maya Sandu Pravoslav Kilsəsini Rusiyanın agenti hesab edib


Moldova Prezidenti Maya Sandu Pravoslav Kilsəsini Rusiyanın agenti hesab edib.

Missiya.Az xəbər verir ki, o, bu barədə "Euronews" telekanalına müsahibəsində söyləyib.

“Aydındır ki, kilsənin bir hissəsi əsasən Rusiyaya işləyir və onları dəstəkləyir”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, siyasətdə və siyasətdən kənarda Rusiya üçün işləyən insanlar var.

“Biz institutlarımızı gücləndiririk, kəşfiyyat xidmətlərimidə islahatlar edirik. Yeni təhlükəsizlik strategiyası hazırlayırıq”, - Moldova lideri qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az


  • 24-05-2023, 09:50