AZ   |   RU
Aİ İrana qarşı səkkizinci sanksiyalar paketini hazırlayır

 

“Biz insan haqlarını pozduğuna görə İrana qarşı səkkizinci sanksiyalar paketini hazırlayırıq”.

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozef Borel bildirib.


"O cümlədən üç etirazçının edamına görə ki, bunu qətiyyətlə pisləyirik. Biz həmçinin iki İsveç vətəndaşının bu yaxınlarda edam edilməsini pisləyirik", - deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 23-05-2023, 15:49