AZ   |   RU
Cənubi Koreya Zelenskinin tələb etdiyi silahların siyahısını yoxlayacaq

 

Cənubi Koreya Ukrayna prezidenti Volodimir Zelenskinin tələb etdiyi silahların siyahısını hərtərəfli yoxlayacaq.


Missiya.AzReuters”ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok-Yol Seulda Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib .


"Biz mümkün qədər tez kömək etmək istəyirik. Prezident Zelenski də silahların siyahısını təqdim edib. Biz bunu diqqətlə nəzərdən keçirəcəyik", - deyə o qeyd edib.


G7 çərçivəsində ilk olaraq Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən Yun Sok-Yol Seulda ona minatəmizləmə avadanlıqları və təcili yardım maşınları verməyi planlaşdırdığını bildirib.


Leyla SƏMƏNDƏR

Mİssiya.Az



  • 22-05-2023, 12:00