AZ   |   RU
“Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk” - Nazir


“Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafında yüksək dinamika müşahidə olunur: “Bu, təkcə regionda təhlükəsizliyin təmin edilməsi məsələlərinə deyil, həm də nəqliyyat, logistika və energetika sahələrində əlaqələrin inkişafına aiddir”.

M.Babayev bildirib ki, Azərbaycan qazının Aİ ölkələrinə ixracı əlaqələrdə mühüm rol oynayır: “Bu, aramızdakı münasibətlərin inkişafında yeni səhifə açdı. Aİ həm də Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizdə Aİ-yə üzv dövlətlərin bir çox şirkətləri fəaliyyət göstərir”.



  • 18-05-2023, 20:30