AZ   |   RU
Bayden Si Cinpinlə görüşəcək


ABŞ Prezidenti Co Bayden Çinin dövlət başçısı Si Cinpin ilə görüşmək niyyətində olduğunu bildirib, lakin mümkün danışıqların tarixini açıqlamayıb.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə "Tass" məlumat yayıb.


Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı ABŞ dövlət başçısından yaxın vaxtlarda Çin lideri ilə görüşüb-görüşməyəcəyi soruşulub. O isə cavabında “Yaxın vaxtlarda olub-olmayacağını bilmirəm, amma biz görüşəcəyik” söyləyib.



  • 17-05-2023, 20:55