AZ   |   RU
“Bu bəyanat Parisin Azərbaycana qarşı mənfur siyasətini göstərir”- Ekspert

  
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı Parisin Azərbaycana qarşı mənfur siyasətni açıq-aydın göstərir”.


Bunu Missiya.Az-a açıqlamasında siyasi ekspert Tural İsmayılov deyib. 


“Fransanın Azərbaycan əleyhinə ənənəvi siyasəti davam edir” deyən ekspert hesab edir ki, Fransa kimi istismarçı, imperialist, qəsbkar ölkənin bu gün dünyanın fərqli coğrafiyaları haqqında fikir söyləməyə cəhd etməsi çox böyük absurdluğu və biabrçılığı özündə ehtiva edir:



“Vəziyyətin bu həddə gəlib çatması və bütövlükdə Fransanın dünyada nüfuzunu itirtməsi, xüsusilə Emmanuel Makronun hakimiyyətə gəlişindən sonra daha da böyük vüsət alıb. Fransanın bu gün Azərbaycan əleyhinə hansısa fikirlər səsləndirməsi və Ermənistəna dəstək verməsi əsla qəbul edilə bilməz. Hesab edirəm ki, bu gün Fransanın ortaya qoyduğu çirkin siyasət təkcə Fransanın özü üçün zərərli deyil, həmçinin Avropa İttifaqının nüfuzuna da ciddi zərbə vurur”. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 13-04-2023, 12:02