AZ   |   RU
İran casuslarının ifşa olunması erməniləri də narahat edir - Bacıların maraqları eynidir

 
İranla Ermənistan arasındakı qardaşlıq (bacılıq) münasibətləri özünün çiçəklənən dövrünü yaşayır.

Tehran dini dəyərləri, Ermənistanın işğalçılığını və məscidlərdə uzun illər donuz bəsləməsi kimi faktları görməzdən gələrək erməniləri bəsləmək, himayə etmək siyasətini getdikcə daha da dərinləşdirir.

Aydındır ki, fars molla rejiminin Ermənistan sevgisi Azərbaycana və Azərbaycan türklərinə nifrətdən qaynaqlanır. Tehran son 30 ildə hər şey elədi ki, Azərbaycan torpaqlarını işğaldan azad edə bilməsin, bunun üçün erməniləri hər fürsətdə yemlədi, silahlandırdı. Lakin Azərbaycan bütün maneələri aşaraq tarixi qələbəsini təmin edə bildi. Bu da İranı qıcıqlandıran əsas amillərdən biridir. B u gün İran ciddi cəhdlə çalışır ki, ölkəmizin daxilində çaxnaşmalar yaratsın, iğtişaşlar törətsin.

Məqsəd Azərbaycanı inkişaf relsindən salıb, qaranlıqlara qərq etməkdir. Bu məkrli siyasət təbii olaraq ermənilərin də maraqlarına cavab verir. Təsadüfi deyil ki, İranın buradakı casus şəbəkəsi hər dəfə ifşa olunduqca Ermənistan mətbuatında narahatlıq ruhunda yazılara rast gəlinir. Başqa sözlə, Ermənistan özünü elə aparır ki, sanki zərərsizləşdirilmiş xainlər ermənilərin əlinə oynayırlarmış.

Əslində farslara xidmət etmək doğrudan da elə ermənilərə xidmət etmək deməkdir.   Bu gün Ermənistan mətbuatında Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində ifşa olunmuş , ölkədə iğtişaşlar törətmək istəyən casus şəbəkəsi barədə məlumatlar geniş şəkildə tirajlanır və materiallarda ermənilərin İran casuslarına görə bərk narahatlıq keçirdikləri büruzə verilir.  

Bu da sözsüz ki, erməni-fars qardaşlığının (bacılığının) növbəti nümunəsidir.

 

Elcan
Missiya.Az



  • 6-04-2023, 13:42